Mirasdan sonra şok: 6 yaşında öldü, 30 ildən sonra övladı olduğu məlum oldu
Türkiyədə qeyri-adi hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Aydının Köşk mahalının Ilıdağ məhəlləsində baş verən maraqlı hadisə hər kəsi heyrətə gətirib.
1938-ci ildə doğulan və 1944-cü ildə 6 yaşında vəfat edən Behçet Gökcük adlı şəxsin əhali qeydlərinə görə, 6 yaşında evləndiyi və ölümündən 30 il sonra bir uşaq dünyaya gətirdiyi görünür. Qonşuluqda eyni ata-anadan, eyni ad və soyadda olan Behçet Gökcükun övladları atalarından qalan mirasa sahib çıxmaq üçün hüquqi mübarizə aparırlar.
Daha ətraflı videoda:
Aysun / Demedia.az