“Bitcoin” 2 ildən sonra bahalaşdı



 09:05 29.02.2024     275

“Bitcoin”in qiyməti 15 noyabr 2021-ci ildən bəri ilk dəfə 60 min dolları ötüb.

Demedia.az xəbər verir ki, bu barədə “Binance” məlumat  yayıb.

Bildirilib ki,  aparıcı kriptovalyuta olan “Bitcoin” əvvəlki ticarət sessiyasından bəri 2500 dollar və ya 6 faizdən çox artaraq 60.000 dollar səviyyəsinə çatıb.

Önümüzdəki həftələrdə “Bitcoin” qiymətlərinin bütün zamanların ən yüksək səviyyəsi olan 69.000 dolları keçə biləcəyi düşünülür.

Bahadur Seyidov