İsrailin “Eurovision”a göndərdiyi mahnı bu səbəbdən ləğv edildi



 09:45 29.02.2024     261

Avropada İsrailin “Eurovision” mahnı müsabiqəsinə qadağa qoyulması çağırışları davam edir.

Demedia.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” portal məlumat  yayıb.

Bildirilib ki,  Təl-Əviv rəhbərliyinin müsabiqə üçün təqdim etdiyi ikinci mahnının siyasi mesaj ehtiva etdiyi üçün rədd  edilib.

Nəşr yazıb ki, İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnı olan “Oktyabr yağışı” kimi “Dance Forever” mahnısı da HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də həyata keçirdiyi hücuma işarə edir.

Xəbərdə birinci mahnı kimi ikinci mahnının da siyasi məzmunlu olduğuna görə rədd edildiyi, hər iki mahnının müsabiqəyə birlikdə təqdim edildiyi bildirilib.

Bahadur Seyidov