Rusiya NATO-ya qoşulmağa çalışan İsveçə xəbərdarlıq edib



 10:08 29.02.2024     261

Rəsmi Moskva Macarıstanın təsdiqi ilə artıq NATO üzvlüyünə heç bir maneəsi olmayan İsveçə xəbərdarlıq göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfirliyindən verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, İsveçin Rusiyaya qarşı düşmən mövqedə dayanan hərbi bloka üzv olması Şimali Avropa və Baltik dənizi regionunda sabitliyə mənfi təsir göstərəcək. Bəyanatda, NATO müttəfiqlərinin bəyanatlarının əksinə olaraq Baltik dənizinin heç vaxt NATO dənizinə çevrilməyəcəyi iddia edilib.

Həmçinin vurğulanıb ki, Moskva öz milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün siyasi və hərbi-texniki tədbirlər görəcək.

Qeyd edilib ki, bu tədbirlər ölkənin Alyansa inteqrasiya dərəcəsinə, məsələn, İsveçə göndəriləcək mümkün NATO qoşunları və silahlar kimi formalaşacaq.

Bahadur Seyidov