Bu ölkəd məmurlar da aksiya keçirdi



 10:18 29.02.2024     256

Yunanıstanda dövlət qulluqçuları 24 saatlıq tətilə çıxıblar.

Demedia.az xəbər verir ki, paytaxt Afinada fəhlələr və tələbələr etiraz aksiyası təşkil ediblər.

İşçilərin iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə təşkil edilən tətilin tarixi ötən il Larisa yaxınlığındakı Tempi bölgəsində baş verən və 57 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının ildönümü kimi seçilib.

Fəallar hökumətdən yaşayış minimumuna qarşı tədbirlər görməyi, maaşların artırılmasını və dövlət sektorunda kadrların sayını artırmağı tələb ediblər.

Digər tərəfdən, fəallar ötən il fevralın 28-də Tempidə baş verən qatar qəzasına aydınlıq gətirilməsini və günahkarların cəzalandırılmasını da tələb ediblər.

Bəzi nümayişçilər əllərində Fələstin bayraqları və “Fələstinə azadlıq” şüarları səsləndiriblər.

Bahadur Seyidov