Rusiya Fransa üçün birbaşa təhlükə yaradır
Rusiya Fransa üçün birbaşa təhlükə yaradır.
Demedia.az xəbər verir ki, bu sözləri Fransanın baş naziri Qabriel Attal respublika Senatında çıxışı zamanı deyib.
“Reallıq ondan ibarətdir ki, Rusiya bütün aspektlərdə Fransa üçün birbaşa və dərhal təhlükə yaradır”, - Attal deyib.
Baş nazir xüsusilə Rusiyanın ölkəsinə qarşı apardığı “dezinformasiya kampaniyaları”, həmçinin kiberhücumlar və Avropa ölkələrini “sabitliyi pozmaq və parçalamaq əməliyyatları” barədə məlumat verib.
Bahadur Seyidov