Avropa Parlamenti Amazon şirkətinə qadağa qoydu



 10:42 29.02.2024     289

Avropa Parlamenti Amazon şirkətinin nümayəndələrinin qurumun binalarına daxil olmasını qadağan edib.

Demedia.az xəbər verir ki, Avropa Parlamenti Məşğulluq və Sosial Məsələlər Komitəsinin sədri Draqoş Pislaru, qurumun İnzibati Başçılarının 14 Amazon nümayəndəsinə verilən parlament giriş kartlarını ləğv etdiyini və bu insanların Avropa Parlamenti şəhərciyinə daxil ola bilməyəcəyini açıqlayıb.

Avropada ədalətli iş şəraitinin təmin edilməsinin onların vəzifələri arasında olduğunu deyən Pislaru bildirib ki, Amazon işçilərinin Avropa Birliyi ölkələrində iş şəraiti ilə bağlı narahatlıqlar ifadə etməsinə biganə qala bilməzlər.

Bahadur Seyidov