Çin şirkəti sərnişin daşımaq üçün nəzərdə tutulan uçan vasitəni sınaqdan keçirib



 14:02 29.02.2024     340

Çinin təyyarə istehsalçısı “AutoFlight”, şəhərlər arasında qısa məsafəli sərnişin daşımaları üçün hazırlanmış elektrik Şaquli Uçuş və Eniş Vasitəsinin (eVTOL) sınaq uçuşunu həyata keçirdi.

Demedia.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, sınaq uçuşu ölkənin cənubundakı Quangdonq əyalətində həyata keçirilib. Şirkət 20 dəqiqəlik sınaq uçuşunun dünyada ilk şəhərlərarası hava taksi xidməti olduğunu bildirdi. Sınaq pilotsuz və sərnişinsiz həyata keçirilib.

Kiçik təyyarə pilot da daxil olmaqla 5 nəfəri maksimum 250 kilometr məsafəyə daşıya bilir.

Bahadur Seyidov