İsrail Rəfah şəhərinə hücum edərək soyqırımı törədib - Fələstin XİN



 14:42 29.02.2024     415

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum edərək soyqırımını davam etdirmək istədiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, İsrailin Qəzzada dinc əhaliyə qarşı müharibə elan etməsindən 144 gün keçdiyini xatırladan Maliki hücumlarda əksəriyyəti qadın və uşaq olmaqla 30 mindən çox insanın həlak olduğunu, 70 mindən çox insanın isə yaralandığını bildirib.

İsrailin Qəzzada böyük dağıntılar törətdiyini və səhiyyə sistemini, xəstəxanaları, kilsələri, məscidləri və məktəbləri hədəfə aldığını söyləyən Maliki deyib: "İsrail hazırda Qəzzanın cənubunda yerləşir və 1,5 milyondan çox köçkün fələstinliyə ev sahibliyi edir. İsrail Rəfah şəhərinə hücum edərək soyqırımı törədib”.

​Bahadur Seyidov