​ Avstraliya Yəhudi Şurası Avstraliya hökumətinə çağırış etdi



 13:01 29.02.2024     271

Avstraliya Yəhudi Şurası Avstraliya hökumətini Qəzzada təqiblərdən qaçan fələstinlilərə qarşı irqçiliklə məşğul olmamağa çağırıb.

Demedia.az xəbər verir ki, Şura fələstinlilərin Avstraliyaya qəbulunun yəhudilərin təhlükəsizliyini təhdid etdiyinə dair iddiaları rədd etdiyini bildirib. Açıqlamada “Sky News”un hazırladığı xəbərə diqqət çəkib. Şura, sözügedən xəbərdə 500 fələstinlinin Qəzzada zülmdən xilas olmaq üçün viza aldığı barədə məlumatın yer aldığını və bu şəxslərdən 81-nin Avstraliyada olduğunu qeyd edib. Şura “Sky News”un sözügedən şəxslərin kimliyini açıqladığını bildirib.

Qeyd edilib ki, hökumət kanalın bu ictimai olmayan məlumatları necə əldə etdiyini araşdırmalıdır.

Bahadur Seyidov