Hər gün 1 stəkan bu çayı için - Görün sizə nə edəcək... - Video



 09:29 29.02.2024     499

Qədimdə nənələrimiz əbəs yerə bizə zoğallı çay içməyi tövsiyə etmirdi. Çaya bir az kəklikotu, mixək, darçın əlavə edib, zoğalla içmək kimləri sağaltmayıb ki? Xüsusən də qışda, bitki çayı içib tərləmək, xəstəliklərdən tez sağalmaq üçün çox önəmlidir.

Exinaseya çayı. Bu çay da immuniteti möhkəmləndirir. Üst tənəffüs yolları infeksiyalarından qorunmaq üçün müntəzəm olaraq içilməlidir. Hər gün 2 fincan exinasea çayı içmək olar. Aparılan klinik araşdırmalar exinaseya bitkisinin soyuqdəymə ehtimalını əhəmiyyətli dərəcədə azaltdığını göstərmişdir. Abseslər, bronxit və vərəm xəstəliyində də faydalıdır. Ağciyərlərin obstruktiv xəstəliyindən əziyyət çəkən xəstələr üzərində aparılan klinik tədqiqatlarda məlum olmuşdur ki, o, astmada sintetik dərman kimi təsir göstərir. Təbii antibiotik rolunu oynayaraq bakteriya və göbələkləri məhv edir. Burun tutulması və rinitlər zamanı olduqca effektlidir. Hibiskus, yəni məkkəgülü çayı. Tərkibindəki antioksidantlar və C vitamini ilə immuniteti möhkəmlədir, orqanizmi rahatladır. Xəstəliklərdən qorunmaq üçün gün ərzində, maksimum, 3 stəkan içilə bilər; Cökə çiçəyi çayı. Bu çayın buxarı burun tıxanıqlığını açır. Çay özü isə boğaz ağrısını, öskürəyi azaltmağa kömək edir. Ağrıkəsici kimi çıxış edir, iltihab əleyhinə fəaliyyəti ilə diqqət çəkir;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az