Ayaqlara diqqət! Qaraciyərin öldüyünü göstərən 9 əlamət - Video



 09:35 29.02.2024     545

Kiçik qırmızı və ya qəhvəyi nöqtələr. Ölçüləri fərqli ola bilər. Adətən, aşağı ətraflarda müşahidə edilirlər.

Nöqtələrin qaynağı zəif qan dövranıdır. Yəni qaraciyər probleminin xəbərçisidirlər. Ürək qanı ayaq barmaqlarınızın ucunadək göndərir, oradan isə vaskulyar sistem vasitəsilə geri qaytarır. Lakin qaraciyərdə hər hansı problem varsa, vaskulyar sistem düzgün işləyə bilmir. Nəticəsi isə orqanizmin müxtəlif nahiyələrində özünü biruzə verir. Çünki qan dövranı pozulur. Problemlərin əksəriyyəti ürəkdən uzaqda olduğuna görə, ürəkdən şübhələnmək heç kimin ağlına gəlmir. Diabet isə əl və ayaqlarda nevroloji problemlərə yol açır. Hörümçək damarları. Adətən, sirroz zamanı müşahidə edilirlər və hörümçək toru kimi qarma-qarışıq, iç-içə keçmiş kapillyarlar dərinin səthində qabarır. Burada vəziyyət belədir: estrogen səviyyəsi yüksəlir, vaskulyar sistem mənfi təsirə məruz qalır. Dolayısı ilə, hörümçək damarları sirrozun ilkin əlamətlərindəndir. Çatlamış dabanlar. B3 vitamininin çatışmazlığı zamanı, yaxud Omega-3 yağ turşularına ehtiyac duyulduğunda meydana çıxırlar. Qaraciyərin işlərindən biri də öd suyu istehsal etməkdir. Öd suyu isə yağ turşularının mənimsənilməsində əsas vasitədir. A və E vitaminləri yağda həll olan vitaminlərdir; yəni onların həlli üçün qaraciyər var gücüylə işləyir. Əgər lazımi miqdarda olmasalar, dəridə, xüsusən, dabanda problemlərin olması labüddür.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az