Qorxu, stress | Cinsi zəifliyin əsas səbəbləridir! - Video



 11:30 29.02.2024     489

Sinir-psixoloji cinsi zəiflik 21 ci əsrdə cinsi zəifliyin ən çox yayılmış formasıdır. Bu problem ən çox gənc və orta yaşlı kişilərdə müşahidə edilir.

Cinsi zəiflik dedikdə nə başa düşülür? ---Kişi və qadının cinsi əlaqədən təkrar-təkrar razı qalmaması cinsi zəiflik adlanır. Bu zaman ən çox rast gəlinən hallar aşğıdakılar ola bilər: 1.Həvəsin olmaması: Cinsi zəifliyin bu forması bütün yaşlarda rast gəlinir. Cinsi əlaqə üçün həvəsin-istəyin olmamsı ” libido”adlanır və bu psixoanalitik termin ilk dəfə alman alimi Ziqmund Freyd tərəfindən elmi cəhətdən şərh olunmuşdur. Daha dəqiq desək “libido”cinsi əlaqə instinkti kimi də başa düşülə bilər. 2.Erektil impotensiya: Cinsiyyət üzvünün bərkiməməsi ilə bağlı cinsi zəiflik. Bu zaman kişi cinsiyyət üzvünün qadın cisiyyət üzvünə-vaginaya daxil edilə bilməməsi nəzərdə tutulur. 3.Erkən boşalma: Bu zaman cinsiyyət üzvünün vaginaya daxil olması baş versə də, cinsi əlaqə 2-3 dəqiqədən az çəkir. Əgər kişi cinsiyyət üzvünün vaginaya daxil olmazdan əvvəl boşalma baş verərsə,bu da erkən boşalma hesab edilir. 4.Eyakulyasiyanın olmaması: Bu zaman söhbət kişinin cinsi aktının eyakulat (prostat vəzi şirəsi,sperma) olmadan bitməsindən gedir.

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az