Hər kəs özünə gəlsin - Mert Hakan Yandaş



 16:30 29.02.2024     220

Xəbər verdiyimiz kimi, Ankaragücü ilə qarşılaşan "Fənərbaxça" 3:0 hesabı ilə məğlub olaraq Ziraat Türkiyə Kuboku ilə vidalaşıb.

Demedia.az xəbər verir ki, qarşılaşmadan sonra sarı-göylülərin paltardəyişmə otağında gərginlik yaşanıb.

Məşqçi İsmal Kartal tələbələrini məzəmmət edərək deyib:  "Oynadığınız futbol və masadakı hesab Fənərbaxçaya heç yaraşmırdı. Bunun heç bir bəhanəsi yoxdur. Bunu ancaq meydanda keçirdiyiniz matçlarda qalib gəlməklə kompensasiya edə bilərsiniz".

Kapitan Mert Hakan Yandaş da komanda yoldaşlarına sərt davranaraq bunları deyib: "Fənərbağça təbii ki məğlub ola bilər, amma bu cür oynaya bilməz, ruhsuz, məhvə məhkum. Hər kəs özünə gəlsin, belə oynayan adama komandada yer yoxdur”.

Aysun / Demedia.az