Qəzzada ölənlərin sayı 30 min nəfəri keçib



 15:48 29.02.2024     199

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı artıb.

Demedia.az xəbər verir ki, ölənlərin sayı 30 mini keçib.

Bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra açıqlama verib.

Onların əksəriyyəti uşaq və qadınlardır.

Qeyd edək ki, münaqişə oktyabrın 7-dən bəri davam edir.

İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 12660 uşaq və 8570 qadın ölüb.

Aysun / Demedia.az