İlham Tumas bu mərkəzə şöbə müdiri təyin olundu



 16:25 29.02.2024     216

"Bu gündən digər işlərimlə yanaşı, həm də Karyera və İşə Hazırlıq Mərkəzinin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri kimi fəaliyyət göstərəcəm".

Demedia.az xəbər verir ki, bunu tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas deyib.

O bildirib ki, Şahin Sərdarlının ərsəyə gətirdiyi bu şirkətə mən də töhfəmi verə biləcəyimə inanıram: "Dövlətə, dövlətçiliyə sadiq daha sağlam, daha savadlı gənclərin yetişməsinə kömək etmək birinci və əsas amalımızdır!

Qeyd edim ki, ölkəmizdə ilk və rəqibsiz fəaliyyət göstərən Karyera və İşə Hazırlıq Mərkəzi tələbə və məzunları real iş mühitində işə hazırlaşdırır, həmçinin 100-dən çox şirkətlə rəsmi əməkdaşlıq edərək təcrübə proqramları təşkil edir. Şirkət həmçinin təcrübə proqramında yüksək nəticə göstərmiş təcrübəçilərin işə qəbuluna dəstək göstərir. Mərkəzin təcrübə məzunlarından 700-dən çox gənc rəsmi işə qəbul olub".