İkardi və həyat yoldaşı ilə bağlı qərar



 18:13 29.02.2024     177

Ankaragücü matçında etdiyi hərəkətlərlə gündəmdə qalan Mauro İkardi və həyat yoldaşı Wanda Naraya qarşı şok iddia yayılıb.

Demedia.az xəbər verir ki, İtalyan jurnalist Fabritsio Korono, Vanda Naranın xorvatiyalı futbolçu Marselo Brozoviçlə İkardini aldatdığını iddia etdiyi xəbərlə çıxış edib.

Bu xəbərdən sonra Wanda Nara, Mauro İkardi və Marselo Brozoviç Koronoya qarşı iddia qaldırıb. Bu iş nəhayət ki, yekunlaşıb. Məhkəmə Koronaya İkardi və Naranın hər birinə 7500 avro, Brozoviçə 5 min avro və 1500 avro cərimə kəsib.

Aysun / Demedia.az