Dəhşətli QƏZA - İki TIR-ın arasında qaldı



 22:36 29.02.2024     601

İzmirin Bayraklı rayonunda meydana gələn qəzada iki TIR arasında qalan avtomobil kağız kimi əzilib.

Demedia.az xəbər verir ki, dəhşətli qəzada 32 yaşlı avtomobil sürücüsü hadisə yerində dünyasını dəyişib.

Qəza, saat 10.30 sıralarında, İzmir Ətraf Yolu Bayraklı Tunelləri çıxışında meydana gəldi. Əldə edilən məlumata görə, Bornovadan Karşıyaka istiqamətində hərəkət edən Gökhan Eren (32) idarə etdiyi 16 AOU 016 nömrəli avtomobil Ahmet K.-nin idarə etdiyi 34 DVD 480 nömrəli yük maşınına arxadan çırpılıb.

Maşının arxasından gələn Mehmet B.-nin (39) idarə etdiyi 34 HJD 047 dövlət nömrə nişanlı yük maşını avtomobilə çırpılıb və avtomobil kağız kimi əzilib. Qəza barədə xəbər tutan kimi hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Aysun / Demedia.az