Qazaxıstan vahid saat qurşağına keçdi



 09:05 01.03.2024     262

Qazaxıstan bu gecə vahid saat qurşağına keçib.

Demedia.az xəbər verir ki,Qazaxıstanda indiyə qədər istifadə edilmiş iki ayrı saat qurşağının əvəzinə bu gecədən etibarən vahid vaxt qurşağı (UTC+5) tətbiq edilib.

Qazaxıstan hökumətinin qəbul etdiyi qərara əsasən, fevralın 29-dan martın 1-nə keçən gecə ölkənin qərb bölgəsi istisna olmaqla, bütün rayonlarında şəhərlərdə saatlar bir saat geri çəkiləcək. Beləliklə, ölkə tamamilə qərb hissəsində istifadə olunan UTC + 5 saat qurşağına daxil ediləcək.

Vətəndaşların mobil telefonlarına saat qurşağının dəyişdirilməsi ilə bağlı məlumat mesajları göndərilib.

Təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı təcili xətt yaradılıb. Banklar mobil tətbiqlərdə bəzi xidmətlərə girişdə məhdudiyyətlərin ola biləcəyini açıqlayıb.

Bahadur Seyidov