Rusiyadan benzin ixracına qoyulan qadağa yanacaq bazarına necə təsir edəcək?
Fevralın 27-də “Vedomosti” yazıb ki, benzinin ixracına qadağa 2024-cü ilin əvvəlində neftayırma zavodlarında (neft emalı zavodlarında) baş verən bir sıra insidentlərdən, o cümlədən pilotsuz təyyarələrin hücumu ilə bağlı insidentlərdən sonra tətbiq edilib.
Demedia.az xəbər verir ki, onlardan ən ciddisi yanvarın əvvəlində ölkənin ən böyük yüksək oktanlı benzin istehsalçılarından biri olan (ayda təxminən 400 min ton) “Lukoyl”un Nijni Novqorod Neft Emalı Zavodunda texnoloji blokun dayandırılması olub.
2023-cü ildə Rusiya Nazirlər Kabineti daxili bazarda yanacaq böhranı ilə mübarizə məqsədilə artıq neft məhsullarının ixracına qadağa qoyub. Səbəblərdən biri o zaman “boz ixracatçılar” adlandırılanların - birjadan yanacaq alıb xaricə satan şirkətlərin fəallaşması idi.
Bahadur Seyidov