ABŞ: Bizim Ukraynaya dəstəyimiz olmasa…



 10:25 01.03.2024     282

Pentaqon rəhbəri Lloyd Ostin təsdiqləyib ki, ABŞ-nin dəstəyinin olmaması səbəbindən Ukrayna artilleriya və hava hücumundan müdafiə üçün sursat çatışmazlığı ilə təhdid edilir.

Demedia.az xəbər verir ki, bu barədə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində xəstəxanaya yerləşdirilməsi ilə bağlı dinləmələrdə deyib.

"Bizim dəstəyimiz olmasa, ukraynalılar artilleriya baxımından daha pis silahlanacaqlar, üstəlik, hava hücumundan müdafiə sistemləri üçün sursat çatışmazlığı səbəbindən də təhlükə ilə üzləşəcəklər", - Pentaqon rəhbəri vurğulayıb.

Bahadur Seyidov