Özünü yandıran ABŞ əsgərindən hər kəsi duyğulandıran vəsiyyət



 10:48 01.03.2024     281

Özünü yandıran ABŞ əsgəri Buşnel əmanətlərini fələstinli uşaqlara bağışlayıb.

Demedia.az xarici KİV-ə  istinadən xəbər verir ki, ABŞ ordusunun İsrailin Qəzzadakı hərəkətlərinə tərəf olmayacağını dedikdən sonra özünü yandıran və həyatını itirən Amerika əsgəri Aaron Buşnellin əmanətlərini fələstinli uşaqlara yönəltdiyi ortaya çıxıb.

ABŞ-nin Milli İctimai Radiosuna (NPR) danışan jurnalist Quil Lawrence qeyd edib ki, Buşnel birlikdə çalışdığı xeyriyyə təşkilatı ilə iradəsini çox diqqətlə planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, fevralın 24-də İsrailin Vaşinqtondakı səfirliyi qarşısında ABŞ Hərbi Hava Qüvvələrində aktiv xidmətdə olan 25 yaşlı Aaron Buşnel “Mən daha soyqırım cinayətində iştirak etməyəcəyəm” deyib. Daha sonra başına benzin tökərək özünü yandırıb.

Bahadur Seyidov