ABŞ ordusu İsrailin Qəzzada törətdiyi qırğına dəstəyini davam etdirir



 11:18 01.03.2024     251

ABŞ ordusu İsrailin Qəzzada törətdiyi qırğına dəstəyini davam etdirir.

Demedia.az xəbər verir ki, ABŞ oktyabrın 7-dən bəri İsrailə minlərlə ton hərbi texnika verib, döyüş gəmiləri göndərib və kəşfiyyat dəstəyi verib. ABŞ İsrailə minlərlə hərbi təchizat, o cümlədən sursat, nəqliyyat vasitələri, silahlar, qoruyucu avadanlıqlar və tibbi ləvazimatlar verib.

“Wall Street Journal”ın 2023-cü ilin dekabr ayı hesabatında ABŞ-ın İsrailə göndərdiyi sursatın 5400-dən çox MK84 döyüş başlığı bombası və 5 mindən çox MK82 idarə olunmayan bombadan ibarət olduğu bildirilib.

Bahadur Seyidov