İsrail Livanın cənubuna hava zərbələri endirib



 11:42 01.03.2024     271

İsrail Livanın cənubuna hava zərbələri endirib.

Demedia.az xəbər verir ki, hücumlarda iki livanlı mülki şəxs həyatını itirib.Livanın rəsmi xəbər agentliyi İsrailin Livanın cənubundakı iki qəsəbəyə 3 ayrı hücum təşkil etdiyini açıqlayıb. Mülki yaşayış məntəqələrinə edilən hücumlarda 14 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 8-də İsrail-Livan sərhədində başlayan qarşıdurmada ölənlərin sayı 300-ü ötüb.

Bahadur Seyidov