Fələstin Netanyahunun Qəzza zolağına hücumlardan sonrakı planları ilə bağlı açıqlamasını rədd etdi



 11:25 01.03.2024     290

Fələstin prezidenti Mahmud Abbas İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağına hücumlardan sonrakı planları ilə bağlı açıqlamasını rədd edib.

Demedia.az xəbər verir ki, o Netanyahunun açıqlamalarını beynəlxalq ictimaiyyətə meydan oxumaq kimi qiymətləndirib.Abbas dünya liderlərinə və beynəlxalq təşkilatlara göndərdiyi mesajında bildirib ki, Fələstin Binyamin Netanyahunun Qəzza zolağında müharibədən sonra irəli sürdüyü prinsiplərlə bağlı açıqlamalarını rədd edir.

Mahmud Abbas Netanyahunun atəşkəs üçün beynəlxalq siyasi təşəbbüslərə və səylərə məhəl qoymadığını qeyd edib.

Bahadur Seyidov