Avropa Parlamenti ilk dəfə olaraq Qəzzada daimi atəşkəsin tətbiq edilməsi üçün çağırış edib



 11:58 01.03.2024     288

Avropa Parlamenti ilk dəfə olaraq İsrailin hücumlarını davam etdirdiyi Qəzzada daimi atəşkəsin tətbiq edilməsi üçün çağırış edib.

Demedia.az xəbər verir ki, Avropa Parlamenti Baş Assambleyasında “Dünyada insan haqları və demokratiyanın vəziyyəti və Avropa İttifaqının buna dair siyasəti” mövzusunda hazırlanan 2023-cü il hesabatının lehinə 265, əleyhinə 253 səs verilib. 10 nəfər bitərəf qalıb. Avropa Parlamentindəki Sol Qrup üzvlərinin dəyişiklik tələb etdiyi hesabatın 62-ci maddəsinə “Qəzzada dərhal və daimi atəşkəs çağırışı” əlavə edilib.

Yenidən işlənmiş və qəbul edilmiş hesabatda “Avropa Birliyi, onun üzv dövlətləri və beynəlxalq ictimaiyyət, xüsusən də hər kəsin qida və suya fasiləsiz çıxışını təmin etmək üçün Qəzza zolağında təcili və daimi atəşkəsə çağırılır” deyə bildirilib.

Bahadur Seyidov