Qadınların bu yaşda xərçəng olma riski var - Video
Bəzi risk faktorlarını, insanın yaşı, cinsi və ya irqi kimi dəyişdirmək mümkün deyil.
Faktorların bəziləri insanın həyat tərzi ilə əlaqəlidir: siqaret çəkmək, alkoqol qəbulu və qidalanma tərzi kimi.
Dəyişdirilməsi mümkün olmayan risk faktorları. Cinsi: Süd vəzisi xərçəngi üçün əsas risk faktoru qadın olmaqdır. Kişilərdə də rastlanır, amma qadınlarda kişilərə nisbətən 100 qat daha çoxdur. Yaşlanma: Qadınların süd vəzisi xərçəngi olma riski yaşları ilə birlikdə artır. Süd vəzisi xərçənginin 1/10-i 40 yaşın altındakı qadınlarda, 2/3-si isə 55 yaşın üstündəki qadınlarda rastlanır. İrsi risk faktorları: Bütün süd vəzisi xərçənglərinin təxminən 10%-nin irsi olduğu məlumdur.
Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.
Demedia.az Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az