"Qalatasaray"ın məğlubiyyətsizlik seriyası başa çatdı...



 15:19 01.03.2024     180

Öz meydanında Fatih Karagümrükə uduzaraq Türkiyə kuboku ilə vidalaşan "Qalatasaray"ın doğma meydanda 14 oyunluq məğlubiyyətsizlik seriyası da sona çatıb.

Demedia.az xəbər verir ki, sonuncu dəfə UEFA Çempionlar Liqasında bu mövsüm RAMS-də "Bavariya"ya uduzmuşdular.

Mübarizədə 13 qalibiyyət və 1 heç-heçə əldə etməyi bacarıb. 24 oktyabr 2023-cü ildə öz azarkeşləri qarşısında son məğlubiyyətini alan Qalatasarayın 128 günlük məğlubiyyətsizlik seriyası Fatih Karagümrüklə sona çatdı. 

Aysun / Demedia.az