Məktəb direktorundan şagirdin həyatını xilas edən hərəkət



 22:36 01.03.2024     746

Şanlıurfada məktəb direktoru boğazına yad cisim ilişən şagirdi Heimlich manevri ilə xilas edib.

Demedia.az xəbər verir ki,  əldə edilən məlumata görə, hadisə Haliliye Necat Kuveyt Türk Kardeşlik İbtidai məktəbində baş verib. İddialara görə, nəfəs borusunda yad cisim olan şagirdin nəfəs ala bilmədiyini görən digər tələbələr müəllimlərdən kömək istəyiblər.

İlk yardım biliyi olan məktəb direktoru Suphi Çetin Heimlich manevrini şagirdə tətbiq edib. Çətinin etdiyi müdaxilə ilə boğazında yad cisim olan şagird rahat nəfəs almağa başlayıb.

Aysun / Demedia.az