DƏHŞƏT: 17 aylıq uşağın son yeməyi...



 23:27 01.03.2024     665

Samsunda 17 aylıq Yiğit Eren Akça yediyi nar dənəsinin nəfəs borusuna girməsi nəticəsində həyatını itirib.

Demedia.az xəbər verir ki,  hadisə Samsunun Vezirköprü mahalının Karkucak rayonunda baş verib. Əldə edilən məlumata görə, 17 aylıq Yiğit Eren Akça evdə nar yeyərkən körpənin nəfəs borusuna nar dənəsi girib. Nəfəs almaqda çətinlik çəkən ailəsi tərəfindən fərq edilən körpə Vezirköprü Dövlət Xəstəxanasına aparılıb.

Həyati təhlükəsi olan Samsun Ondokuz May Universiteti (OMÜ) Tibb Fakültəsi Xəstəxanasına sövq edilən Yiğit Eren Akça edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib.

Ata Kadir Akça, "Hadisə zamanı evdə deyildim. O, anasının boşqaba qoyduğu nardan bir ovuc yeyərkən oğlumun nəfəs borusuna bir nar dənəsi ilişib" deyərək kədərləndi.

Aysun / Demedia.az