“KARYERA VƏ İŞƏ HAZIRLIQ” TÜRKİYƏDƏ GÖRÜŞLƏRDƏ



 13:25 03.03.2024     225

Karyera və İşə Hazırlıq Mərkəzi, HR Networking və İstanbul NLP Akademiyasının birgə təşkilatçılığı ilə İstanbul şəhərində “Karyera turu” uğurla davam edir. Turda şirkət rəhbərləri, dövlət və özəl qurumların şöbə və mərkəz müdirləri, aparıcı mütəxəssislər və təcrübəçilər olmaqla ümumilikdə 46 nəfər iştirak edir. Tur iştirakçıları beynəlxalq sertifikatlı və universite onaylı uzmanlık proqramlarında iştirak edir. Təlimin ilk günü çox uğurla başa çatıb. 

Xatırladaq ki, Karyera və İşə Hazırlıq Mərkəzi tələbə və məzunları real iş mühitində işə hazırlaşdırır, həmçinin 100-dən çox şirkətlə rəsmi əməkdaşlıq edərək təcrübə proqramları təşkil edir. Şirkət həmçinin təcrübə proqramında yüksək nəticə göstərmiş təcrübəçilərin işə qəbuluna dəstək göstərir. Mərkəzin təcrübə məzunlarından 700-dən çox gənc rəsmi işə qəbul olub.

AYSUN 

 

 

1

1

1

1