Bayden Trampı bu dəfə də keçə bilmədi



 11:48 04.03.2024     246

ABŞ-nin son seçki sorğusuna əsasən hazırkı president Co Bayden sabiq president Donald Trampdan 5 xal geri qalır.

Demedia.az xəbər verir ki, noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləri üçün keçirilən sorğunun nəticələrinə görə, prezident Co Bayden keçmiş prezident Donald Trampdan 5 xal geri qalır.

“New York Times” və “Siena Kolleci” ilə birgə keçirilən sorğu Demokratlar Partiyası ilə Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında son vəziyyəti üzə çıxarıb.

Milli sorğuya qatılan seçicilərin 43 faizi noyabrın 5-də Baydenə səs verəcəklərini, Trampı seçəcəyini deyənlərin nisbəti isə 48 faiz təşkil edib.

2020-ci il prezident seçkilərində Baydenə səs verənlərin 83 faizi noyabrda ikinci dəfə eyni namizədi dəstəkləyəcəklərini, eyni ildə Trampa səs verənlərin 97 faizi isə yenidən ona səs verəcəklərini qeyd edib.

Respondentlərin 47 faizi Baydenin "vəzifəsini yerinə yetirmə tərzini" qəti şəkildə bəyənmədiklərini, hər 4 iştirakçıdan biri isə ölkənin yanlış istiqamətdə getdiyini düşündüyünü bildirib.

Bahadur Seyidov