Avropanın bu dilləri  yox olmaq üzrədir



 14:12 04.03.2024     251

Avropa qitəsinin ən qədim dili hesab edilən Breton, Friz və Bask da daxil olmaqla mədəni sərvətlər yox olmaq təhlükəsi altındadır.

Demedia.az xəbər verir ki,  bu barədə “Haberglobal”un məqaləsində  dərc olunub.

Qeyd  olunub ki, hesabatlara görə,  qeyri-kafi büdcələr, eləcə də qitədə yaşlanma və aşağı doğum nisbətləri də riski artırır. Kontinental Avropada 40 dil risk altındadır.

Belçikanın paytaxtı Brüsseldə yerləşən, Avropa İttifaqına (AB) yaxınlığı ilə tanınan və AB qurumlarının yerləşdiyi nəşr olan Parlament, qitənin ən qədim dillərinin getdikcə yoxa çıxdığını ortaya qoydu. Avropa İttifaqının Əsas Hüquq və Azadlıqlar Qanunu çərçivəsində çoxmədəniyyətli və çoxdilli strukturlar təşviq edilsə də, Avropanın ən qədim dilləri də daxil olmaqla bir çox mədəni dəyərlərin yox olmağa başladığı bildirilir. Nəsli kəsilməkdə olan dillərə Breton (Fransa), Furlan (İtaliya), Friz (Hollandiya, Almaniya və Danimarka) və Bask (İspaniya və Fransa) daxildir.

Bahadur Seyidov