Bu ölkələr də neft hasilatını azaldır



 15:24 04.03.2024     263

Əlcəzair, Oman, İraq və BƏƏ neft hasilatının azaldılmasını iyunun sonuna qədər uzadacaqlarını açıqlayıb.

Demedia.az xəbər verir ki, bundan əvvəl Bloomberg agentliyi OPEC+ neft istehsalçılarının alyansının qlobal profisitin qarşısını almaq və qiymətləri dəstəkləmək üçün neft tədarükünə qoyulan məhdudiyyətləri ikinci rübün sonuna qədər uzatdığını bildirmişdi.

Qeyd edək ki, Rusiya ikinci rübdə bəzi OPEC+ üzvü ölkələrlə koordinasiya əsasında gündəlik neft hasilatını və ixracını ümumilikdə 471 min barel azaldacaq.

Bahadur Seyidov