İsrail hücumlarını davam etdirir



 15:46 04.03.2024     270

İsrail ordusunun Qəzza zolağının cənubunda və şimalında həyata keçirdiyi hücumlarda ölən və yaralananların olduğu bildirilib.

Demedia.az xəbər verir ki, İsrailin döyüş təyyarələri Al-Garib ailəsinin Rəfahdakı evini bombalayıb. Evin tamamilə dağıldığı bildirilib. Ətrafdakı evlərə böyük maddi ziyan vuran hücumda aralarında uşaqların da olduğu çoxlu sayda insan həlak olub və yaralanıb.

Ölən və yaralananların sayı ilə bağlı məlumat verilməyib.

Bahadur Seyidov