Haitidə dəstələrin həbsxanaya silahlı hücumu nəticəsində 3600 məhbus qaçıb



 16:12 04.03.2024     268

Haitidə dəstələrin həbsxanaya silahlı hücumu nəticəsində 3600 məhbus qaçıb, 12 məhbus həyatını itirib.

Demedia.az xəbər verir ki, paytaxt Port-au-Prinsdəki “Croix des Bouquets” həbsxanasına basqın edən silahlı dəstələr təhlükəsizlik qüvvələri ilə toqquşub.Haiti hökumətinin açıqlamasına görə, polisin müqaviməti nəticəsində silahlı şəxslərin ərazidən qaçıb. Dəstələrin basqın etdiyi həbsxanada 17 Kolumbiya vətəndaşının olduğu və Kolumbiya hökumətinin Haiti səlahiyyətliləri ilə əlaqə saxladığı paylaşılıb.

Məlumata görə, son 3 gündə baş verən hücumlarda 4 polis əməkdaşının ölümü ilə yanaşı, onlarla insan da yaralanıb.

Bahadur Seyidov