ABŞ-ın vitse-prezidenti Qəzza ilə bağlı atəşkəs çağırışı etdi



 16:43 04.03.2024     293

ABŞ-ın vitse-prezidenti Kamala Harris Qəzzada təcili atəşkəsə ehtiyac olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Harris Alabama ştatının Selma şəhərindəki çıxışında atəşkəsə çağırıb.  Harris ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini təkrarlayıb və HƏMAS-ın İsrail üçün yaratdığı təhdid səbəbiylə ortadan qaldırılmasının vacib olduğunu irəli sürüb. Harris atəşkəslə bağlı danışıqların davam etdiyini ifadə edib.

Harris Sözügedən atəşkəsin girovların xilas edilməsinə və Qəzzaya humanitar yardımların daxil olmasına imkan yaradacağını ifadə edib.

Bahadur Seyidov