ABŞ Qəzzaya humanitar yardım göndərib



 17:15 04.03.2024     313

ABŞ İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzzaya 38 min yeməkdən ibarət humanitar yardım göndərdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ ordusuna aid 3 ədəd C-130 yük təyyarəsi Qəzzaya hava yolu ilə humanitar yardım çatdırıb. İordaniya Kral Hərbi Hava Qüvvələri ilə birgə həyata keçirilən humanitar yardım əməliyyatı zamanı ABŞ-ın Qəzza sahillərinə havadan atdığı paletlərdə təxminən 38 min yemək üçün qida olduğu qeyd edilib.

Bahadur Seyidov