Davamlı aclıq, tərləmə, əllərin əsməsi...| Hansı xəstəlikdən xəbər verir? - Video



 10:11 04.03.2024     475

Qaraciyər, əzələ və yağda toplanan insulin enerji istehsalında istifadə olunur.

Qlükoza ifrazı az miqdarda olsa da, gün ərzində qaraciyər tərəfindən müəyyən fasilələrlə davam edir. Başqa sözlə, kifayət qədər insulinin sərbəst buraxılması ilə qandakı şəkər miqdarı balanslaşdırılırması ilə yanaşı eyni zamanda bədənin ehtiyac duyduğu enerji də təmin edilir. Qanda insulin azlığı nədir? Yetərincə insulin ifrazı olmadıqda qanda qlükoza toplanmağa başlayır. Hiperqlikemiya olaraq bilinən bu vəziyyət bir çox komplikasiyaya, xüsusilə böyrək zədələnməsinə, sinir zədələnməsinə və göz problemlərinə səbəb ola bilər. Pankreas tərəfindən insulin istehsalının dayandırılması zamanla 1- ci tip diabetə səbəb olur. 2-ci tip diabet xəstələrində insulin pankreasdan əmələ gəlsə də, hüceyrələr bu insulindən düzgün istifadə edə bilmir.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az