Körpələrdə ən çox rast gəlinən ürək qüsuru - Video



 10:33 04.03.2024     447

Kiçik yaşlarda daha çox ürəyin anadangəlmə inkişaf anomaliyalarına, qüsurlarına və iltihabi xəstəliklərinə, məktəblilərdə isə aritmiyalara vegetativ damar distoniyalarına, arterial hiper və hipotoniyalara təsadüf edilir.

Ürək qüsurlarından danışsaq, əhali arasında ürəyin anadangəlmə qüsurlarının tezliyi 1 faiz təşkil edir. Ürək qüsuru olan valideynin övladı da belə xəstəliklə doğula bilər. Əgər ana özü ürək qüsurlu olarsa, onun bu cür xəstəliyi olan uşaq dünyaya gətirməsi riski 14 faizdir. Əgər anada qulaqcıq-mədəcik qapaqlarının stenozu xəstəliyi varsa, onda onun övladı 23 faiz ehtimalla anadangəlmə ürək qüsurlu doğula bilər.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az