Cinsi əlaqəyə girə bilməmək... | Venoz yetməzlik nədir? - Video



 10:40 04.03.2024     485

Kişinin cinsi fəaliyyəti – fərdi inkişaf prosesində anadangəlmə və qazanılma, psixoloji və sosial amillərin təsiri ilə formalaşır.

Beynin və daxili sekresiya vəzlərinin fəaliyyəti ilə bağlı olan hormonal amillər cinsi həvəsin dərəcəsini və şiddətini müəyyən edir.
Cinsi zəiflik (impotesiya) dedikdə, kişinin tamdəyərli, yaşına müvafiq olaraq cinsi fəaliyyət aktını həyata keçirə bilməməsi başa düşülür (bu zaman cinsi həvəsin olmaması, yaxud cinsi fəaliyyət aktının tez bitməsi və s. kimi digər hallar ayrıca nəzərdə tutulur).


Cinsi zəiflik və ya impotesiya əsasən aşağıdakı əlamətlərlə özünü göstərir:
• Cinsi aktın mümkün olmaması (tam impotesiya)
• Ereksiyanın (cinsiyyət üzvünün bərkiməsinin) zəifləməsi
• Cinsi oyanma baş versə də ereksiyanın - cinsiyyət üzvünün bərkiməsinin olmaması
• Cinsi aktın bitməsinin (erkən, gec və digər) müxtəlifşəkilli pozulması

Uroloq-Androloq Elnur Hüseynov mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az  Uroloq-Androloq Elnur Hüseynov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az