Nə olduğunu biləndən sonra günə 1 stəkan çayını içəcəksiz - Video



 12:30 04.03.2024     411

Bu gün sizə xərçəngin düşməni, stress və əsəbin 1 nömrəli qənimi, immunitetin isə əsl dostu olan bir bitkidən danışacam.

Şərq hökmdarlarının rasionundan əsrlərdir əskik olmayan, möcüzə bir bitkidən – zəfərandan danışırıq bu gün. Bəli, dəyərli və zərif zəfəran bitkisindən. Bitkinin qiymətinin baha olması onun çox çətinliklə ərsəyə gəlməsidir. Təsəvvür edin, 500 qr zəfəran üçün 75 min çiçək lazımdır. Görün bunrların bir-bir yığılması, qurudulması nə qədər vaxt və əziyyət tələb edir. Süfrələrin bəzəyi olan möcüzəvi bitki antioksidant mənbəyidir, iltihabla mübarizədə effektivdir, yuxu ilə bağlı narahatlıqlar varsa, xilas yoludur. Eyni zamanda, həzm sisteminin işini nizamlamaq və immuniteti möhkəmləndirmək qabiliyyətinə malikdir. Yaddaşı gücləndirməsi, təbii antidepressant olması da onun şöhrətinə şan qatır. Xüsusilə, alzeymer xəstəliyinə qarşı qorumağı, öyrənmə bacarığını yüksəltməsi son dönəmdə zəfəranı araşdırmaçıların maraq dairəsində saxlayır. Zəfəranın qadın və kişi orqanizminə təsiri barədə saysız-hesabsız araşdırmalar aparılır. Hamısının da nəticəsi heyrət doğurub. Bəli, zəfəranın cinsi həyata təsiri heyrətamizdir! Kişilərdə cinsi istəyi artırır, qadınlarda cinsi orqanları aktivləşdirir. Qadınların aybaşı dönəmini daha rahat və ağrısız keçirmələrinə kömək edir; Ümumiyyətlə, Zəfəranın sadaladığımız bu faydalarından yararlanmaq istəyirsinizsə, mütləq keyfiyyətinə etibar etdiyiniz, təbii zəfəran istifadə etməlisiniz. Zəfəran dünyanın bir sıra ölkələrində - İspaniyada, İtaliyada, İranda, Əfqanıstanda, Çində becərilsə də, keyfiyyətinə görə Abşeron zəfəranının tayı-bərabəri yoxdur. Lakin burada söhbət Abşeronun məhz yod zolaqları keçən torpaqlarında, təbii bio gübrələrlə yetişdirilən zəfərandan gedir. Təbii zəfəran deyilən zaman isə ağıla təbii ki “Absheron Saffron” zəfəranı gəlir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az