Təzyiq niyə qalxır? - Təzyiqi qaldıran 7 səbəb - Video



 12:36 04.03.2024     450

Bəzi insanlarda təzyiq hansısa orqanda baş verən problem nəticəsində qalxır. Məsələn, böyrək xəstələrində. Orqan müalicə olunduqdan sonra təzyiq problemi də aradan qalxır.

Son zamanlar təzyiq xəstələrinin sayı arta-arta gedir. Uşaq, böyük, yaşlı demədən hamıda bu problem müşahidə oluna bilir. Səbəbsiz təzyiq yüksəlməsi tibdə Primer Hipertenziya adlanır. Bu, birbaşa təzyiq yüksəlməsidir. Səbəbi olan təzyiq yüksəlməsi isə Sekonder hipertenziya adlanır. Hazırda dünya üzrə təzyiq xəstələrinin 95 faizi sekonder hipertenziyadır. Yəni hansısa problem təzyiqin yüksəlməsinə səbəb olur. Videoda məhz bundan-təzyiqin qalxmasının 7 səbəbindən danışacağam. Birinci səbəb Köklükdür. Çəki artdıqca kapillyarlarda təzyiq çoxalır. Orqanizmə yetmək üçün kapillyarlar yaranmağa davam edir. Kapillyar toru genişləndikcə ən uc damarlarda təzyiq artır, damarlar sərtləşməyə başlayır. Çoxalan kapillyarlara qan ötürmək üçün ürəyimiz daha çox işləyir, daha yüksək təzyiqlə qan pompalamağa cəhd edir. Bəli, köklük təzyiqin yüksəlməsinin səbəbidir. Buna görə də, təzyiqdən əziyyət çəkənlərə həkimlər arıqlamağı tövsiyə edir;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az