Yol polisinin xəbərdarlığına əməl etmədi, başına nələr gəldi



 23:09 04.03.2024     661

Türkiyədə Beylikdüzündə yoxlama zamanı yol polisi, dayanma xəbərdarlığına tabe olmayan, həddindən artıq qazlı və dəbilqəsiz motosiklet sürücüsünü təqib etməyə başlayıb.

Demedia.az xəbər verir ki, bir müddət sonra izini itirən şəxs geniş araşdırmalar nəticəsində yaxalanıb, sürücü isə ümumilikdə 43 min lirə cərimə olunub.

Polisin motosikletçini qovduğu an kaska kamerasına düşüb.

Hadisə fevralın 27-də Beylikdüzü Kavaklı Məhəlləsində baş verib. 

Aysun / Demedia.az