Belçika Qəzzaya yardım göndərdi



 09:12 05.03.2024     252

Belçikanın Qəzzaya hava yolu ilə çatdırılması üçün göndərdiyi humanitar yardım materiallarını daşıyan hərbi təyyarə İordaniyaya uçub.

Demedia.az xəbər verir ki, göyərtəsində ərzaq, gigiyena məhsulları və tibbi ləvazimatlar olan bağlamalarla yüklənmiş A400M tipli hərbi nəqliyyat təyyarəsi Brüsselin Melsbroek hərbi hava limanından uçub. Təyyarəni xarici işlər naziri Hadja Lahbib, müdafiə naziri Ludivine Dedonder və inkişaf əməkdaşlığı naziri Karolin Gennez yola salıblar.

500 milyon avro dəyərində təchizat İordaniyanın əməkdaşlığı ilə paraşütlə Qəzzanın şimalındakı təyin olunmuş nöqtələrə endiriləcək.

Bahadur Seyidov