Avropa İttifaql “Apple” şirkətini cərimələdi



 09:58 05.03.2024     255

Avropa İttifaqı ABŞ-ın “Apple” şirkətini musiqi proqramlarının yayılmasında dominant mövqeyindən sui-istifadə etdiyinə görə 1,8 milyard avro cərimələyib.

Demedia.az xəbər verir ki, açıqlamada, “Apple”ın proqram tərtibatçılarının alternativ və daha ucuz musiqi abunə xidmətləri haqqında məlumat verməsinə maneə törədən məhdudiyyətlər qoyduğu aşkar edilib və bunun Avropa İttifaqı qaydalarına zidd olduğu qeyd edilib.

Açıqlamada, “Apple”ın davranışının ədalətsiz ticarət şərtlərinə səbəb olduğu və 1,8 milyard avroluq cərimənin “Apple”ın qlobal gəlirləri ilə mütənasib olduğu qeyd edilib.

Bahadur Seyidov