Almaniya səfiri Rusiya XİN-ə çağırılıb



 09:46 05.03.2024     282

Krım körpüsünü uzaqmənzilli raketlərlə dağıdılmasına dair alman zabitlərinin səs yazısının yayılması ilə bağlı Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Demedia.az xəbər verir ki, girişdə jurnalistlərin suallarına cavab verməyən səfir Lambsdorff bir müddət sonra açıqlama vermədən nazirliyi tərk edib. Qeyd edək ki,  “Russia Today” kanalının baş redaktoru Marqarita Simonyan alman zabitlərinin 30 dəqiqəlik audio yazısını dərc edib.

Səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin yüksək rütbəli üzvləri siyasi qərar veriləndən sonra “Taurus” raketlərinin Ukraynaya necə göndərilə biləcəyini və Almaniyanın kəşfiyyat və texniki dəstəyi olmadan Ukrayna tərəfindən necə istifadə oluna biləcəyini müzakirə ediblər.

Bahadur Seyidov