İsrailin hərbi kabineti Netanyahunun Qəzza ilə bağlı tələbini rədd edib



 11:00 05.03.2024     264

İsrailin hərbi kabineti Baş nazir Benyamin Netanyahunun Qəzza ilə bağlı tələbini rədd edib.

Demedia.az xəbər verir ki, tələb danışıqların davam etməsi üçün HƏMAS-ın Qəzzada sağ qalan israilli məhbusların siyahısının verilməsi və ilk turda azad ediləcək girovların siyahısı ilə bağlı olub. Netanyahunun tələbinin danışıqların sonrakı hissəsində müzakirə oluna biləcəyi qeyd edilib.

İsrailin döyüş kabineti, azad ediləcək hər bir israilli əsir üçün hansı fələstinli əsirlərin azad ediləcəyi ilə bağlı siyahı tələbinin indiki mərhələdə danışıqları çətinləşdirdiyini irəli sürüb.

​Bahadur Seyidov