Almaniya “Taurus” raketlərini Ukraynaya verməyəcək



 14:15 05.03.2024     288

Almaniya kansleri Olaf Şolz “Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsindən imtinanı təsdiqləyib.

Demedia.az xəbər verir ki, o,  vurğulayıb ki, bu cür silahların ötürülməsi istisnadır, çünki bu, alman ordusunun iştirakını tələb edir.

“The New York Times” yazır ki, Almaniyanın Ukraynaya “Taurus” raketləri verməsi münaqişədəki vəziyyəti dəyişməyə bilər.

Qəzet xatırladıb ki, Almaniyanın 2023-cü ildə “Leopard” tanklarını göndərmək qərarı Ukraynaya uğurlu əks-hücum əməliyyatı keçirmək imkanı vermir.

Bahadur Seyidov