Ölüm meşəsi: 106 km-lik sonsuz kabus...



 19:00 05.03.2024     575

Təcavüz, quldurluq və ölüm riskinə baxmayaraq, hər il yarım milyon insan Panamada Darien aşırımını keçməyə çalışır.

Demedia.az xəbər verir ki, digər tərəfdən, İngiltərə mətbuatına danışan bir mütəxəssis 'meşədəki vəziyyətin getdikcə pisləşdiyini' xəbərdar edib.

“Ölüm meşəsi” adlanan ərazi silahlı quldurlar və şiddətli hücumlarla doludur. Bununla belə, minlərlə insan hələ də naəlaclıqla bölgədən keçməyə çalışır. Qaçqınların Panama ilə Kolumbiya arasındakı Darien keçidini keçərək cəngəllik təhlükələrindən xilas olduqları, digər tərəfdəki yardım ləvazimatlarına və düşərgələrə çatdıqları görülür. Lakin vəhşi cəngəlliyə dair bir hesabat, ərazinin qorxunc zorlama dəstələri ilə dolu olduğunu və yola çıxmağa məcbur olan ailələr üçün hər küncdə təhlükə olduğunu ortaya qoydu.

Aşırı keçənlər Panama şəhərinə çatmaq üçün həyatlarını riskə atırlar və demək olar ki, toxunulmamış cəngəlliyə girənləri təxminən 106 kilometrlik bir səyahət gözləyir və onları “dəhşətli” hücumlar və hətta ölüm riski ilə üz-üzə qoyur. Sərhədsiz Həkimlər Təşkilatının Korporativ Kommunikasiyalar şöbəsinin rəhbəri Santiaqo Valenzuela, marşrut boyu artıq yayılan dəhşətli qətllərlə birləşən cinsi cinayətlərin artması barədə xəbərdarlıq edib.

"Yanvar ayında gördüklərimiz bizi həqiqətən narahat edir. Cəmi bir həftə ərzində 100 cinsi zorakılıq qurbanı ilə məşğul olduq. Keçən il 700 nəfərə cavab verdik, amma bu il həftədə 100 nəfərlə qarşılaşırıq. Çox qorxuludur".

Bölgədəki bələdçilərin meşəyə girməyə cəsarət edənləri tərk edərək qaçqınlar üçün marşrutun ən çətin nöqtələrindən biri olan Ölüm təpəsində qoyub getdiyi qeydə alınıb.

Aysun / Demedia.az